Avstraliyada yerli sakinləri qorxuya salan timsahı bişirib yedilər

DÜNYA 21 iyn 2024, 19:10
Avstraliyanın Şimal ərazisindəki Bulla şəhərində əhalini qorxuya salan timsahı yerli sakinlər ənənəyə uyğun olaraq bişirərək yemək qərarına gəliblər.

Demokrat.az xəbər verir ki, əhali 3,6 metrlik böyük duzlu su timsahlarının tapdıqları hər şeyi yediklərini ifadə edib. 

Çərşənbə günü Avstraliya polisinin verdiyi açıqlamada yırtıcının “sudan çıxıb uşaqlara və böyüklərə hücum etdiyi” və “bəzi insanların itlərini öldürdüyü” qeyd edilib. 

Heyvandan timsah quyruğu şorbası və manqal hazırlamaq üçün istifadə olunub. 

Həmçinin, timsahın bir neçə parçası banan yarpaqlarına bükülüb və torpağın altında bişirilib. Sakinlər bunun olduqca ənənəvi bir ziyafət olduğunu vurğulayıb. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top