Fransada Ukraynanın bütün dünyanı necə aldatdığını danışdılar

DÜNYA 21 iyun 2024, 17:26
Ukrayna Rusiya Federasiyasının guya kasıb ölkələrə taxıl tədarükünü əngəllədiyini bəyan etməklə beynəlxalq ictimaiyyəti aldadıb. Bu barədə Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) keçmiş kəşfiyyat zabiti Alen Juillet YouTube kanalı Club des Vigilants ilə söhbətində bildirib.

“Bosfor boğazında aparılan yoxlamalar göstərdi ki, yüklənmiş taxılın beş faizi üçüncü dünya ölkələrinə və BRİKS-ə, qalan hissəsi isə Qərb ölkələrinə göndərilib”, o, dinləyicilərin diqqətini çəkib (RİA Novosti-dən sitat gətirir).

Keçmiş kəşfiyyatçı əlavə edib ki, Ukrayna hakimiyyəti Moskvanı guya kasıb ölkələrə taxıl məhsullarının daşınmasına əngəl törətməkdə ittiham edib, lakin əslində məlum olub ki, taxıl Ukrayna tərəfinə aid deyil. O qeyd edib ki, məhsullar Amerika şirkətlərinə məxsusdur və Qərbə satılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top