“İsrailin heç bir yeri təhlükəsiz olmayacaq" — Hizbullahdan TƏHDİD

DÜNYA 21 iyun 2024, 10:40
Livandakı "Hizbullah" ilə İsrail arasında gərginlik artmaqdadır. 

Demokrat.az xəbər verir ki, "Hizbullah" rəhbəri Həsən Nəsrullah, İsrailin Livana qarşı mümkün hücum planını təsdiqləməsini "İsrailin heç bir yeri təhlükəsiz olmayacaq" deyərək təhdid edib. 

Beləki, İsrail generalları ölkənin şimalına raket zərbələri endirən "Hizbullah"a qarşı hücum planlarını təsdiqləmişdi. 

İsrail rəhbərliyi bu yaxınlarda "Hizbullah"a qarşı hərtərəfli müharibənin başlayacağı ilə bağlı açıqlamalar vermişdi. 

"Hizbullah" Hərəkatının lideri Nəsrullah isə “Ən pis ssenaridə  belə, 100 mindən çox döyüşçümüz var. Kütləvi müharibə olarsa, biz heç bir qayda-qanun olmadan döyüşəcəyik. İsraildə heç bir yer "Hizbullah"ın hücumlarından təhlükəsiz olmayacaq” deyib. 

Nəsrullah Cənubi Kipr Rum Administrasiyasının İsrailə Livana qarşı ola biləcək bir hücumda hava bazaları açacağına dair kəşfiyyat məlumatı aldıqlarını da ifadə edərək, “Belə bir vəziyyətdə Rum tərəfini də müharibənin bir parçası hesab edəcəyik" deyib. 

Kipr Rum Administrasiyasının lideri Nikos Hristodulidis isə “Biz problemin deyil, həllin bir parçasıyıq. Məsələn, Qəzzaya humanitar dəhliz vasitəsilə bizim rolumuz təkcə ərəb dünyasına deyil, həm də bütün beynəlxalq ictimaiyyətə məlumdur” ifadələrini istifadə edib. 

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top