Ronaldonun rekordunu qıran futbolçunu sərt tənqid etdi

İDMAN 20 iyun 2024, 15:30
Keçmiş futbolçu və  “Antalyaspor”un baş məşqçisi Sergen Yalçın AVRO-2024-də Türkiyənin Gürcüstanı 3:1 hesabı ilə məğlub etdiyi matçdan sonra qalmaqallı açıqlamalar verib. 

Demokrat.az xəbər verir ki, Yalçın vurduğu qol ilə bütün dünyada gündəm olan Arda Güləri tənqid edib. 

Yalçın açıqlamasında, "Ardanın oyuna daha çox önəm verməsi lazımdır. O matçlarda yalnız 1 qol vurmaq olmaz. Tamam o, əla qol vurdu və qalibiyyətə kömək etdi, ona qızıl medal verək, amma təəssüf ki, vurduğu qoldan başqa qol oyunda yoxdur” deyib. 

Qeyd edək ki, Arda Güler Avropa Çempionatı tarixində ilk matçında qol vuran ən gənc futbolçu kimi Kriştianu Ronaldonun rekordunu qırıb.

Əfsanə Rəcəb
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top