Hindistanda qatarlar toqquşub: Ölənlər və yaralananlar var

DÜNYA 17 iyun 2024, 11:11
Hindistanın Qərbi Benqal əyalətində sərnişin və yük qatarları toqquşublar.

Məlumata görə, hadisə nəticəsində azı beş nəfər ölüb, 20-dən çox şəxs yaralanıb.

Bu barədə jurnalistlərə yerli polisin sözçüsü Abhişek Roy məlumat verib.

Qeyd edək ki, hazırda hadisə yerində xilasetmə əməliyyatı aparılır.

Qəzanın hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top