Hüseyn Həsənovun hesablarına blok qoyuldu — Bu qədər borcu var imiş

DÜNYA 15 iyun 2024, 17:09
Rusiyada yaşayan azərbaycanlı bloger Hüseyn Həsənov vergi ilə bağlı istintaqa cəlb oluna bilər.

Demokrat.az
Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat yayıb.

Məlumta görə, Moskva Vergi Müfəttişliyi müvafiq iddia qaldırıb. Həsənovun Federal Vergi Xidmətinə 144 milyon rubl məbləğində borcu yığılıb. Hazırda bloggerin özü başqa dövlətin ərazisindədir.

Qeyd edilib ki, vergi orqanları Həsənovun dörd bankdakı hesablarını bloklayıb.

"Bizim məlumatlara görə, hesabların bloklanmasına səbəb ödəniş edilməməsi və vergi pozuntusudur”, - nəşr yazır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 oktyabr 2024, 22:36
Top