Almaniya “AVRO- 2024” üçün hazırlıqlara başladı

İDMAN 13 iyn 2024, 23:57
Almaniya iyunun 14-də başlayacaq UEFA AVRO- 2024 oyunlarında baş verə biləcək hücumlara qarşı hazırlıqlara başlayıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Almaniyanın daxili işlər naziri Nensi Faeser açıqlama yayıb.

O bildirilib ki, turnirin təhlükəsiz keçməsi və azarkeşlərin rahatlıqla səyahət edə bilməsi üçün hər cür tədbir görülür.

Qeyd edək ki, turnir ölkənin Münhen, Berlin, Köln, Dortmund, Hamburq, Ştutqart, Gelzenkirxen, Frankfurt, Düsseldorf və Leypsiq şəhərlərində keçiriləcək.

Final isə iyulun 14-də Berlində baş tutacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top