“Nə qədər ki, Lukaşenko prezidentdir, heç bir nümayəndəmiz Belarusa getməyəcək” — PAŞİNYAN

DÜNYA 13 iyun 2024, 13:19
Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib.

“Bəyan edirəm ki, bu andan etibarən Lukaşenko prezident olduğu müddətdə Ermənistanın heç bir rəsmi nümayəndəsi Belarusa səfər etməyəcək”, – Baş nazir qeyd edib.

Paşinyan bildirib ki, Lukaşenko Ermənistandan üzr istəsə və ya Belarus təşkilatı tərk edərsə, İrəvan KTMT-yə münasibətini dəyişə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 iyul 2025, 22:58
Top