"Mbappe "Real"da tarix yazacaq" — Zidan

İDMAN 08 iyn 2024, 11:20
Fransa futbolunun əfsanəsi Zinəddin Zidan "Real Madrid"ə transfer olunan Kilian Mbappe ilə bağlı gözləntilərini açıqlayıb.

Fanat.Az xəbər verir ki, Zidan "Telefoot"-a belə deyib:

“Mbappe indi buradadır. O, "Real Madrid"in tarixinə düşəcək və düşünürəm ki, o, hamıdan üstün olacaq”.

Xatırladaq ki, “Real Madrid” Mbappenin transferini həftənin əvvəlində açıqlayıb. 25 yaşlı uldiz futbolçu Madrid klubu ilə 2028/2029 mövsümünün sonuna qədər 5 illik müqavilə imzalayıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top