Meksikada rekord istilərdən 90 nəfər ölüb

DÜNYA 08 iyn 2024, 08:45
Martın 17-dən bu günədək Meksikada azı 90 nəfər rekord istilərdən ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin ekstremal temperaturlara nəzarət üzrə həftəlik hesabatında deyilir.

"Cari isti mövsümdə (17 mart - 5 oktyabr) (yüksək hərarətlə əlaqəli) 90 ölüm faktı qeydə alınıb", - qurumdan bildirilib.

Yüksək temperaturun fəsadlarına günvurmalar, susuzlaşma və yanıqlar daxildir. Ən çox insan körfəz sahilindəki Verakruz (25 nəfər) və qonşu Tabasko ştatında (15 nəfər) ölüb.

Səhiyyə Nazirliyi yaxın günlərdə ölkədə həddindən artıq yüksək temperatur dalğasının davam edəcəyini proqnozlaşdırır. Bax Kaliforniya və Sonoran ştatlarında hərarət 45 dərəcəni keçəcək.//Report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top