Pirallahıda 3 yaşlı uşağı avtomobil vurdu

HADİSƏ 06 iyn 2024, 11:40
Bakının Pirallahı rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, 2021-ci il təvəllüdlü Ə.M. özünü qəflətən hərəkətdə olan avtomobilin qarşısına atıb.

Nəticədə avtomobil azyaşlını vuraraq xəsarət yetirib.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top