Bakıda 21 yaşlı qızın sirrlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib?

GÜNDƏM 03 iyn 2024, 22:45

Bakıda özünü binadan atan 21 yaşlı qızla bağlı yeni detallar məlum olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı Zərifə Məmmədzadənin Ağsudan Bakıya işləmək üçün gəldiyi ilə bağlı səslənən iddialar doğru deyil.

Belə ki, Z.Məmmədzadə Bakıda yerləşən 80 nömrəli məktəbin məzunudur. O, Bakı Biznes və Kooperasiya Kollecini bitirib.

Yaxınlarının sözlərinə görə, Zərifənin rəfiqəsi ilə birgə yaşadığı ilə bağlı yayılan xəbərlər yalandır. Z.Məmmədzadənin atası vəfat edib. O, qardaşı və anası ilə birgə yaşayıb. Anasına çox bağlı olduğu bildirilən gənc qız ölümündən bir gün əvvəl axşam saatlarında ailəsi ilə danışıb və rəfiqəsinin evində qalması üçün icazə alıb.

Məlumata görə, Zərifə heç vaxt evdən kənar yerdə qalmayıb. O, rəfiqəsi ilə birgə gözəllik salonunda çalışırdı. İşdən sonra rəfiqəsinin evinə qonaq gedən Zərifənin intiharı yaxınlarında bir sıra suallar doğurur.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top