“Hamıya elə gəlir ki, adam işdən çıxarıldısa, onu “təpikləmək” olar”

GÜNDƏM 31 may 2024, 17:33
Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov bu gün vəzifəsindən azad olunub. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Demokrat.az xəbər verir ki, Şair Alxasov vəzifəsindən azad olunandan dərhal sonra mətbuatda onun sahib olduğu mülklərin siyahısı açııqlanıb.

Qeyd edək ki, son illər bu tendensiya tez-tez təkrarlanır. Hansı məmur işdən çıxarılırsa, sahib olduğu əmlakın siyahısı dərhal KİV-lərə yol tapır.

Buna səbəb nədir? Niyə məmurlar vəzifədə işləyəndə onların varidatı ilə bağlı heç nə yazılmır, yaxud nadir hallarda yazılır? Mətbuat məmurlardan ehtiyatlanır, yoxsa onların sərvətinə dair məlumatlar işdən çıxandan sonra açıqlanır?

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Jurnalistlər Birlinin sədri Elçin Şıxlı çox adamın dövlət işində çalışmaq istədiyini bunu müəyyən üstünlüklərdən yararlanmaq üçün etdiklərini bildirib:

“Bu gün hamı dövlət işində çalışmaq istəyir. Çünki məsuliyyətin demək olar ki, çox aşağı səviyyədə olduğunu düşünürlər. Əslində, məsuliyyət böyükdür. Dövlət qulluğunda işləmək istəyənlərin əksəriyyəti məsuliyyətin və ya hər hansı bir işin altına girmək üçün getmir, hətta dövlət qulluğunun verdiyi üstünlüklərdən sui-istifadə edirlər.

Ölkədə bu, artıq adət kimi alınıb. Əgər adam vəzifədədirsə, vəzifədə qalırsa, deməli, hər şey qaydasındadır. Amma bir adam işdən çıxarıldıqda hamıya elə gəlir ki, bu adam işdən çıxarıldısa, onu “təpikləmək” olar. Atalar sözü var:  “Yıxılanı vurmazlar”. Amma psixologiyamızdan asılı olaraq təəssüf ki, yıxılanı tapdalayırıq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top