"Sərhədlərin delimitasiyası regional sabitlik üçün vacibdir"

XARİCİ SİYASƏT 30 may 2024, 17:30
"Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası regional sabitlik üçün vacibdir".
 
Demokrat.az xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Biz Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə praktiki mərhələnin başlanmasını izləyirik - bu, regional sabitlik üçün vacibdir. Biz bütün delimitasiya məsələlərinin müstəsna olaraq siyasi və diplomatik üsullarla həllinin tərəfdarıyıq, ondan çıxış edirik ki, sazişlər davamlı, balanslaşdırılmış, qarşılıqlı məqbul olmalıdır və regionda davamlı sülhə nail olmaq üçün əsas olmalıdır”, - deyə sözçü qeyd edib.

Zaxarova Rusiyanın üçtərəfli razılaşmalar əsasında delimitasiya üzrə tərəflərə məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top