Azərbaycanın daha üç güləşçisi Bakıdakı Avropa çempionatında medal qazanıb

İDMAN 26 may 2024, 20:30

Azərbaycanın daha üç sərbəst güləşçisi Bakıda keçirilən U-23 Avropa çempionatında medal qazanıb.

 Cəbrayıl Qadjiyev (74 kq) qızıl, Nurəddin Novruzovla (61 kq) Arseni Djioyev bürünc mükafata sahib çıxıblar.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) ötən gün gümüş medal qazanıblar. Daha əvvəl 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-23 Avropa çempionatının qalibi olub. Bir dəst (bir qızıl, bir gümüş, bir bürünc) medal əldə edən qadınlardan ibarət yığma isə 76 xal toplayaraq ilk dəfə komanda hesabında üçüncü yeri tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top