İdman

Anar Hacıyev vəzifəsindən getdi

Anar Hacıyev vəzifəsindən getdi

"Qarabağ" Futbol Klubunun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev tutduğu vəzifədən ayrılıb. Bu barədə klub rəsmi paylaşım edib.

Məlumatda bildirilib ki, A.Hacıyev bu qərarı öz istəyi ilə verib. 2023-cü ilin sentyabrından bu postda çalışan mütəxəssisin fəaliyyəti dövründə komanda iki dəfə ölkə çempionu olub, bir dəfə isə Azərbaycan kubokunu qazanıb.

Beləliklə, Ağdam təmsilçisinin media strukturanıda növbəti kadr dəyişikliyi baş verib.

Editor
Redaktor