Nazirlikdən subasma təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ

SOSİAL 26 may 2024, 14:38
“Mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir”.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

Onun sözlərinə görə, Debed çayının Kürə töküldüyünü nəzərə alaraq, eyni zamanda qonşu Gürcüstanda Kürə yağan leysan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:

“Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin kəskin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərindən keçən bəzi hissələrində subasma olacağı istisna olunmur.

Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaları xahiş edilir, sahillərdən məsafə saxlamaları tövsiyə olunur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top