Stoltenberq vahid Avropa ordusunun yaradılmasına qarşı çıxdı

DÜNYA 25 may 2024, 11:22
Vahid Avropa ordusunun yaradılmasına ehtiyac yoxdur, çünki o, NATO-nun funksiyalarını təkrarlayacaq.

Bu barədə Şimali Atlantika Alyansının (NATO) baş katibi Yens Stoltenberq "Economist" jurnalına müsahibəsində bildirib.

"Mən Avropa İttifaqının (Aİ) müdafiə xərclərinin artırılmasını alqışlayıram, lakin Aİ NATO-nu əvəz edə bilməz. NATO-nun avropalı tərəfdaşları alyansın ümumi müdafiə xərclərinin 20%-ni təşkil edir", - siyasətçi bildirib.

Bu baxımdan o, blokun müdafiə xərclərinin 80%-nin Aİ-yə daxil olmayan ölkələrin payına düşdüyünü vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top