Əfv Komissiyasının iclasları başa çatdı — 700-dən çox müraciətə baxıldı

DAXİLİ SİYASƏT 22 may 2024, 17:55
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə Demokrat.az-a Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ə çatıb.

Bununla da komissiyanın iclasları baş çatıb, baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top