Abort sayı statistik rəqəmlərdən artıqdır — Ginekoloq

SOSİAL 21 may 2024, 17:16
Azərbaycanda abortların sayı artıb. Dövlət Statistika Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ölkədə 73816 abort qeydə alınıb. Məlumata görə, 2022-ci ildə 58 min abort qeydə alınıb. 

Ginekoloq Təranə Həsənovanın sözlərinə görə, abortların sayı göstərilən statistikadan daha artıqdır. O,  Demokrat.az-a açıqlamasında bunun səbəblərini də qeyd edib: 



“Çünki qadınların böyük bir qismi məhz özləri həkim nəzarəti olmadan farmaseptik aborta üstünlük verirlər. Yəni bunu dərman vasitəsilə özləri edirlər. Bir qismində ümumiyyətlə heç bir ağırlaşma olmadığı üçün həkimə belə müraciət etmirlər. Bu da heç bir statistikaya daxil olmur. Digər qismində isə ağırlaşma olur. Belə bir ağırlaşma olduğu üçün onlar həkimə müraciət edirlər. Bu zaman isə artıq bu, abort kimi qeydə alınmır. Abortların artma səbəbləri müxtəlifdir. Qadınlar maddi cəhətdən ikidən artıq uşaq dünyaya gətirmək istəmirlər. Ona görə də abort etdirməli olurlar. Hamiləliyin qarşısını almaq üçün spiral qoyulması və çıxarılması da icbari tibbi sığortaya aid deyil.  Bu yalnız özəl klinikada edilir. Hamiləlikdən qorunmaq üçün müasir vasitələri qadınlar arasında təbliğ etmək lazımdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top