İranda prezident seçkilərinin tarixi TƏSDİQLƏNDİ

DÜNYA 21 may 2024, 16:05
İran Konstitusiyasının Müdafiəsi Şurası iyunun 28-də növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı təsdiqləyib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə şuranın rəsmi nümayəndəsi Hadi Tahan Nazif məlumat verib.

“Konstitusiyanın Müdafiəsi Şurası iyunun 28-də prezident seçkilərinin keçirilməsinə razılıq verib”, - o qeyd edib.

Xatırladaq ki, ötən gün İran Seçki Komissiyasının mətbuat katibi Mohsen Eslami bildirib ki, seçkilər iyunun 28-də keçiriləcək, namizədlərin qeydiyyatı isə mayın 28-də başlayacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top