Çində məktəbə silahlı hücum: Ölən və yaralananlar var

DÜNYA 20 may 2024, 21:59
Çinin cənubundakı Tszyansi əyalətində ibtidai məktəbə bıçaqlı şəxs tərəfindən hücum edilib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində 2 nəfər ölüb, 10 nəfər yaralanıb.

Polis hücumun 45 yaşlı qadın tərəfindən törədildiyini açıqlayıb. 

Hücumdan sonra valideynlər məktəbə axın edib. Hazırda məktəbin fəaliyyəti dayandırılıb. Araşdırmalar aparılır.

Qeyd edək ki, Çində son aylarda bıçaqlı hücumların sayı artmaqdadır.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top