Rusiya Luqansk vilayətinin bir hissəsini ələ keçirdi

DÜNYA 20 may 2024, 20:55
Rusiya Luqansk vilayətinin Beloqorovka qəsəbəsini tamamilə ələ keçirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Cənub Hərbi Qrupunun birlikləri aktiv əməliyyatlar keçirib:

“Əməliyyatlar nəticəsində Luqansk vilayətinin Beloqorovka qəsəbəsi bütünlüklə azad edilib. 

Həmçinin, dünəndən etibarən Ukrayna ordusuna aid 45 pilotsuz uçuş aparatı (PUA) vurulub. 

Hərbi əməliyyat başlayandan indiyədək 601 təyyarə, 274 helikopter, 24 min 419 PUA, 523 hava hücumundan müdafiə raket sistemi, 16 min 97 tank və zirehli texnika məhv edilib”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top