Rusiyada 40-dan çox ev və tikililər yanıb

REGİON 19 may 2024, 11:42
Saxalinin Poronaysky şəhər rayonunun Vostok kəndində 40-dan çox bağ evi və yardımçı tikililər yanıb.

Bu barədə Saxalin vilayəti üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yanğın 2,1 min kvadratmetr ərazini əhatə edib və səhər saatlarında söndürülüb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bütün evlər tamamilə yanıb.

İlkin versiyaya görə, yanğına səbəb odla ehtiyatsız davranma olub. Güclü külək yanğının söndürülməsini çətinləşdirib.

Ümumilikdə yanğının söndürülməsinə 21 nəfər canlı qüvvə və 7 texnika cəlb olunub.(oxu.az)
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top