Kənan Doğulu haqqında qısametrajlı film çəkildi

ŞOU-BİZNES 17 may 2024, 19:05
Türkiyəli məşhur müğənni Kənan Doğulunun 30 illik sənət karyerası haqqında qısametrajlı film hazırlanıb. 

Demokrat.az xəbər verir ki, bu barədə müğənni jurnalistlərə açıqlamasına bildirib.

O deyib ki, sözügedən filmdə müğənninin musiqilərə olan sevgisindən bəhs olunub:

“Qısa filmə 30 ili sığdırmaq mümkün deyil, amma bu, 30 illik sənətimi şərəfləndirən bir layihədir. Növbəti illərdə də sənətə davam edəcəyik, yeni mahnılar mütləq gəlməyə davam edəcək. Amma indiyədək gördüyümüz işlərin dəyər görməsindən çox məmnunuq. Filmin yayım tarixi isə hələki məlum deyil”.

Kenan Doğulu həmçinin qeyd edib ki, hazırda yeni albom üzərində işləyirlər:

“Çox yaxında, təxminən 15-20 gün sonra yeni albom yayımlanacaq. Əslində bu sürpriz idi, amma indi açıqlamalı oldum. Yaxınlarda açıq hava konsertlərinə də hazırlaşırıq”.

Aysu
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top