Son bir həftədə zərərsizləşdirilən terrorçuların sayı açıqlandı

REGİON 16 may 2024, 21:30
Türkiyə ordusu tərəfindən son bir həftə ərzində həyata keçirilən əməliyyatlarda daha 47 terrorçu zərərsizləşdirilib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri terrora qarşı mübarizə əməliyyatlarını davam etdirir:

“Müvafiq olaraq, son bir həftədə 47 terrorçu zərərsizləşdirilib. 

Yanvarın 1-dən bu yana zərərsizləşdirilən terrorçuların sayı minə çatıb. 

Bundan əlavə, ötən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan daha iki PKK terrorçusu Habur sərhəd məntəqəsinə təslim olub”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top