Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunacaq

DÜNYA 15 may 2024, 17:51
Bir neçə gündür davam edən üsyana görə Yeni Kaledoniya (Sakit okeanda Fransanın dənizaşırı ərazisi - red.) ərazisində fövqəladə vəziyyət tətbiq olunacaq.

Demokrat.az xəbər verir ki, bu barədə Yelisey sarayının Mətbuat Xidməti məlumat yayıb.

“Fransa prezidentinin sədrliyi ilə Yeni Kaledoniyadakı vəziyyətlə bağlı Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclası keçirilib”, - deyə məlumatda bildirilir.
Prezident Nazirlər Şurasının saat 16:30-a (Bakı vaxtı ilə 18:30 - red.) planlaşdırılan iclasının gündəliyinə Yeni Kaledoniyada fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanın daxil edilməsini xahiş edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top