Gürcüstan DİN etirazçıları parlament binası yaxınlığındakı əraziləri boşaltmağa çağırıb

DÜNYA 13 may 2024, 09:29
Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisidə parlament binası yaxınlığında keçirilən mitinq iştirakçılarına müraciət edib.

Demokrat.az xəbər verir ki, nazirlik aksiyanın təşkilatçılarını və iştirakçılarını qanunvericilik orqanının giriş-çıxışlarını təmizləməyə, deputatlara və aparat üzvlərinə parlamentə daxil olmaq və öz vəzifələrini yerinə yetirməyə başlamaq imkanı yaratmağa çağırıb.

“Əks halda, polis qanuni səlahiyyətlər çərçivəsində hərəkət edəcək və parlamentə girişlərin polis qüvvələri tərəfindən təmizlənməsini təmin edəcək”, - təhlükəsizlik qurumunun bəyanatında bildirilib.

“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarları bazar günündən etibarən növbəti mitinq təşkil ediblər.

Onlar mayın 13-də səhər saatlarında hüquq məsələləri komitəsinin iclasında deputatların təşəbbüsə üçüncü oxunuşda baxılmasına başlamasının qarşısını almaq üçün Rustaveli prospektində parlamentə gediblər və orada gecələyiblər. Komitənin iclası yerli vaxtla saat 09:00-a (Bakı vaxtı ilə 09:00) planlaşdırılıb.
Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda dəstəkləyib. Prezident Salome Zurabişvili, müxalifət və Qərb diplomatları onun əleyhinə çıxış edərək, guya onu Avropa İttifaqına inteqrasiyasına maneə hesab edirlər.

ABŞ Dövlət Departamenti qanun layihəsinin ölkənin vətəndaş cəmiyyətini sarsıtmaq məqsədi daşıdığını bildirib. Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının liderləri isə bildirib ki, bu, yalnız qeyri-hökumət sektorunun və medianın xaricdən maliyyələşməsinin şəffaflığını təmin etmək məqsədinə xidmət edir. (Report)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
23 iyn 2024, 14:29
Top