"Bəzi qurumlar informasiya təhlükəsizliyi məsələsinə ciddi yanaşmır" — İRAD

GÜNDƏM 10 may 2024, 14:02
Dövlət qurumlarının informasiya resurslarında təhlükəsizlik boşluqları aşkarlanıb. Bu ilin yanvar-aprel aylarında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan audit/pentest yoxlamaları və monitorinqlər nəticəsində dövlət qurumlarının 291 informasiya resursunda aşkarlanan təhlükəsizlik boşluqları aradan qaldırılması üçün müvafiq bildirişlə dövlət qurumlarına göndərilib. 

Rəqəmsal sahə üzrə mütəxəssis Vasif Qəhrəmanov Demokrat.az-a açıqlamasında dövlət qurumlarında informasiya təhlükəsizliyinin təmin edilməsinin vacib olduğunu deyib:

“Zənnimcə, ilk növbədə insan faktorunu nəzərə almaq lazımdır. Personala informasiya təhlükəsizliyinin əsasları barədə təlimlər keçmək ve daima maarifləndirmə işləri aparmaq lazımdır. Beləliklə, burada insan faktoru ehtimalını minimuma endirə bilərik. Qurumlar ve müəssisələr bəzən informasiya təhlükəsizliyi məsələsinə lazımi qədər diqqət ve maliyyə ayırmır. Deyərdim ki, bu məsələ idarə heyəti üçün elə də əhəmiyyət kəsb etmir. Belə hallarla çox rastlaşmışam. Hətta elə müəssisə var ki, FireWall sistemi bele yoxdur. Burada hansı informasiya təhlükəsizliyindən söhbət gedə bilər?! Düşünürəm ki, ilk öncə rəhbərlik səviyyəsində bu məsələyə ciddi yanaşılmalı və labüd addımlar atılmalıdır”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top