Bakı metrosunda qorxulu anlar — VİDEO

HADİSƏ 01 may 2024, 23:59
Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb.

Baku.ws-in xəbərinə görə, bir nəfər metronun “Gənclik” stansiyasında qatar yoluna düşüb.

Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı təsdiq edib.

“Gənc sərnişin stansiya yoluna düşüb. Dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb. İlkin tibbi yardımdan sonra sərnişin öz yoluna davam edib”, - qurum rəsmisi bildirib.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
29 may 2024, 12:22
Top