Toy sahibindən küsüb gedənlərin kimliyi bilindi

ŞOU-BİZNES 29 apr 2024, 16:36
Xalq artisti Mələkxanın Eyubovanın qızının toyundan küsüb gedən məşhurun kimliyi ortaya çıxıb.

Demokrat.az olay-a istinadla xəbər verir ki, bu barədə “PrimeTime” iddia yayıb.

Muğam ustadının qızı Nəzrinin özəl günündə TV ulduzları Zaur və Günay Baxşəliyevlər yer problemi ilə bağlı məclisi tərk edib. Hətta bu barədə M. Eyubova “Evdəkilərə salam” proqramında üstü örtülü şəkildə danışıb:

“Kimsə küsüb gedib, çağırsın məni toya. Deməyəcəm, mən harada oturacağam, əksinə, ona dəstək olmalıyam. Gedib qapının yanında dayanaram. Məni qarşılayan olmadı, küsüb gedim? Heç vaxt mən getdiyim yerdə eqo göstərməmişəm ki, niyə məni gec çağırdınız. Mən gedib küçədə kimisə qarşılaya bilmərəm. Küsüb gedən, gəlməyən, hər kəs sağ olsun”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top