İngiltərədən Ukraynaya daha bir hərbi dəstək

DÜNYA 23 apr 2024, 22:55
İngiltərə Ukraynaya indiyə qədərki ən böyük hərbi yardımını etməyə hazırlaşır.

Demokrat.az
xəbər verir ki, bu barədə İngiltərə baş nazirinin 10 saylı ofisindən açıqlama verilib.

Açıqlamaya görə, Ukraynaya 500 milyon funt sterlinq dəyərində 400-ə yaxın hərbi maşın, 1600 texnika və 4 milyon döyüş sursatı göndəriləcək. 

Göndəriləcək 400 maşın arasında “Husky” zirehli personal daşıyıcısı, 78 amfibiya, 60 dəniz hücum və müdafiə maşını yer alacaq. 

1600 hərbi texnika arasında isə uzaq mənzilli "Storm Shadow" raketləri də olacaq.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top