Paşinyan: “Rusiya sərhədçiləri Tavuşu tərk edəcəklər”

GÜNDƏM 20 apr 2024, 23:05
“Bu yerlərdə Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası və sonradan demarkasiyası aparıldıqdan sonra Rusiyanın sərhəd zastavaları Tavuş vilayətinin sərhəd zonasından çıxarılacaq”.

Demokrat.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Rusiya postları orada vəziyyətlə bağlı peyda oldu. İndi baş verənlər vəziyyətin ciddi dəyişməsidir və bu, bütün istiqamətlərdə öz təsirini göstərməlidir.

Bu o deməkdir ki, bizim təmas xəttimiz yoxdur, sərhədimiz var və sərhəd sülhün əlamətidir. Bu, o demək olacaq ki, Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə əməkdaşlıq edə və müstəqil şəkildə sərhədi qoruya biləcəklər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top