“Ölkəyə palma yağının idxalının qarşısı alınmalıdır” — Qida mütəxəssisi

GÜNDƏM 18 apr 2024, 16:00
 Milli Məclisdə palma yağlarının Azərbaycana gətirilməsinin qadağan edilməsi təklif edilib. Bu təkliflə deputat Fəzail Ağamalı parlamentdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmədə çıxış edib. O qeyd edib ki, palma yağlarının ərimə temperaturu 37 dərəcədir: “Əgər bu yağlar insan bədənində həll edilmirsə, deməli, ölkəyə idxal edilməsi qadağan edilməlidir. Dövlət Gömrük Komitəsi öz məsuliyyəti çərçivəsində bu məsələləri həll etməlidir. Biz bu qidaların Azərbaycana gətirilməsinin qarşısını ala bilsək, qida təhlükəsizliyi sahəsində inqilabi dəyişiklər edə bilərik”, - deyə deputat əlavə edib. 

Məsələ ilə bağlı qida mütəxəssisi Ağa Salamov Demokrat.az-a açıqlamasında bildirib ki, palma yağının hidrogenlə doydurulması nəticəsində marqarinlər əldə edilir:



“Bu yağ şiş xəstəliklərinin habelə, onkoloji xəstəliklərin çoxalmasına səbəb olur. Ölkəyə palma yağının idxalının qarşısını alsaq, böyük bir inqilab olar. Amma bu o demək deyil ki, ölkəyə palma yağı gəlməsə, qarğıdalı və günəbaxan yağlarını hidrogenlə doldurub bizə satmayacaqlar. Palma yağı fobiyası şüuraltı olaraq insanlar, hətta məmurların da beynində mənfi bir fikir yaradıb. Bu da olduqca normaldır. Lakin trans yağlar təkcə palmadan alınmır. Başqa bitki yağlarından da almaq mümkündür. Sadəcə bir fərq var, o da palmanın ucuz, digər yağların baha olmasıdır. Palma yağı dünyada ən ucuz yağdır. Bütün ölkələrdə idxalının qarşısı alınsa, Amazon məşələrinin qırılmasının da qarşısı alınmış olacaq. Çünki orada 2500  illik yaşı olan ağacları çıxarıb yerinə 25 illik palma ağacları əkirlər”.

Törə Zeynallı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top