Azərbaycanda qəbir daşlarının “dodaq uçuqladan” qiymətləri — VİDEO

SOSİAL 14 apr 2024, 10:34
3000, 5000, 7000 manat...

Demokrat.az xəbər verir ki, istəkdən asılı olaraq isə daha bahalı qəbir daşları sifariş edilir.

Qəbir daşlarının qiyməti sözün əsl mənasında “dodaq uçuqladır”.

Buna səbəb bəzi qranit və mərmərlərin xarici ölkələrdən gətirilməsidir. Bu işlə məşğul olan müəssisələrdən birinin direktoru Anar Qafarov deyir ki, mərmər və qranitlər əsasən ölkəyə Avropa ölkələrindən, Ukrayna, Türkiyə, İran və Hindistandan gətirilir.

Qiymətlər də daşın istehsal olduğu ölkələrə görə dəyişir.

A.Qafarov deyir ki, faktiki olaraq ən çox tələb Ukrayna istehsalı olan daşlaradır. Qəbir daşları əsasən dəst sifariş edilir.

Yerli daşlar isə nisbətən ucuzdur. Elə buna görə də, ən çox tələb yerli istehsal olan daşlaradır.

Onun sözlərinə görə, bəzən vəfat edən şəxslərin yaxınları qəbirüstü abidə sifariş edir. Bu zaman qiymətlər daha baha olur.

A.Qafarov onu da qeyd etdi ki, bəzən abidə üçün 50 min manata qədər pul xərcləyənlərə də rast gəlinir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top