Nuri Alçonun beyninə qan sızdı

REGİON 06 apr 2024, 20:55
Yeşilçam filmlərinin əfsanəvi aktyoru Nuri Alçonun səhhətində problem yaranıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilib ki, "Yeşilçam" filmlərinin unudulmaz aktyoru Nuri Alço beyin qanaması keçirib. 

Belə ki, tətil üçün Əskişəhərə gedən Nuri Alçonun qəfildən halı pisləşib. 

Aktyor həyat yoldaşı Burcu Alço tərəfindən xəstəxanaya aparılıb. 

İlk müayinə zamanı sənətçinin beyninə qan sızdığı öyrənilib. 

Ustad aktyor aparıldığı xəstəxananın reanimasiya şöbəsində müalicə olunur.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top