İlham Əliyev dünyada önəmli liderdir — Çavuşoğlu

XARİCİ SİYASƏT 05 apr 2024, 15:11
Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.

Demokrat.az xəbər verir ki, görüş zamanı Azərbaycan Prezidentinin andiçmə mərasimindəki çıxışında Türk dünyasını bizim bir ailəmiz adlandırdığını qeyd edən Mövlud Çavuşoğlu diqqətə çatdırıb ki, dövlət başçısının bu çıxışında Türk dünyasının birliyi ilə bağlı dediyi çox dəyərli fikirlər Türk dünyasında böyük məmnunluqla qəbul olunub.

“Siz dünyada önəmli bir lidersiniz və Sizin Türk dünyasının güclənməsi istiqamətində atdığınız addımlar bütün Türk dünyasına bəllidir”, - Mövlud Çavuşoğlu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top