Reabilitasiya mərkəzindən qaçıb, eks-narkotik aludəçisi ərinin yanına gedib — VİDEO

ŞOU-BİZNES 02 apr 2024, 21:40

Bir vaxtlar şou-biznesdə Təhminə adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimovanın anası övladının narkotik aludəçisi olduğunu açıqlayıb. Aparıcı Elgiz Əkbər keçmiş modeli reabilitasiya mərkəzinə yerləşdirərək, müalicə almasına yardımçı olub.

Axşam.az xəbər verir ki, 6 aylıq reabilitasiya mərkəzinə göndərilən Rövşanə oranı tərk edib. E.Əkbər verilişində deyib ki, qız icazəsiz mərkəzdən çıxıb və narkotik aludəçiliyindən əziyyət çəkən keçmiş ərinin evində qalıb.

Studiyaya gələn R.Kərimova bildirib ki, anası xəstə olduğu üçün mərkəzdən çıxıb:

"Anamın bu vəziyyətdə olması, xarabalıqda yaşaması mənim sağalmağıma mane olur. Bunları qəbul edə bilmədim, buna görə də reabilitasiya mərkəzindən çıxdım. O hissləri qaldıra bilmədim".

E.Əkbər isə onun üçün bütün şərait yaratdıqlarını deyib:

"Dedim ki, sizə kirayə ev tuturuq, 4 aylıq pulu əvvəlcədən ödəyirik. Bütün zəhmətimizi yerə vurdun. Ən pis vəziyyətdə olan, narkotik aludəçisi olan keçmiş ərinin yanına getdin. Günah məndədir ki, yüz manat verdim. Ana qədri bilmir, onu atıb evə və 100 manatı cibinə qoyub gedib. Sənə o qədər insan dəstək oldu ki, sağalasan, düz yola qayıdasan, balalarının başının üstündə olasan. Anan qaraciyər sirrozundan əziyyət çəkir".

"Artıq üstümdə narkoman adı var. Nə desəm də, heç kim mənə inanmayacaq. Mənim narkotikdən aktiv istifadə etmək fikrim yoxdur" deyə, keçmiş model bildirib.

Qeyd edək ki, Rövşanə Kərimovanın anası sözügedən verilişə çıxaraq qızının milyonluq evlərini satdığını açıqlamışdı. Model bir vaxtlar Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilib.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top