Tramp 175 milyon dollar təzminat ödədi

REGİON 02 apr 2024, 20:30
ABŞ-nin keçmiş prezidenti Donald Tramp mühakimə olunduğu daşınmaz əmlak işində 175 milyon dollar təzminat ödəyib.

Demokrat.az
xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Tramp fırıldaqçılıq ittihamı ilə mühakimə olunduğu 454 milyon dollarlıq iddiada aktivlərinə həbs qoyulmasının qarşısını almaq üçün tələb olunan təzminatı ödəyib.

Müvafiq olaraq, sözügedən işdə Tramp 175 milyon dollar zəmanət ödəməklə aktivlərinin müsadirə olunma riskini aradan qaldırıb.

Məhkəmə işin Trampın xeyrinə yekunlaşacağı təqdirdə 175 milyon dollar depozitin geri qaytarılacağını açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top