Gəncədə yağış suları ciddi fəsadlara yol açıb — FOTO

SOSİAL 24 mart 2024, 17:45
Gəncədə şəhərində yağış suları ciddi fəsadlara yol açıb.

APA xəbər verir ki, ötən gecə yağan güclü yağışdan sonra gələn sel suları şəhərin Bayan küçəsi 10 a ünvanında Cahangir Əliyevə məxsus evin barısını yuyub və barı tamamilə uçub.

İlkin məlumata görə, barının altında altı baş xırda buynuzlu heyvan, o cümlədən 15 ev quşu tələf olub. Evə ciddi ziyan dəyib. Bundan əlavə qonşuluqdakı evlərin divarları çatlayıb. Həmçinin sel suları sözü gedən küçədə asfalt örtüyünü sıradan çıxardıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top