Biri yorulub və ağaca çıxıb, digərləri isə meşədə… — Terrorçular hansı şəraitdə tutulub?

REGİON 24 mar 2024, 14:18
Moskvada törədilmiş terror aktını törətməkdə şübhəli bilinən şəxslərin hansı şəraitdə saxlanmaları ilə bağlı təfərrüatlar açıqlanıb.

SAVASH.ORG Rusiya mediasına istinadla xəbər verir ki, Moskva vilayətində terror törədənlər sonradan izdihamın içinə qarışaraq ərazini tərk etməyə nail olublar. Onlar ağ rəngli “Renault” markalı avtomobilə əyləşərək gecə saatlarında Bryansk vilayətinə doğru hərəkət ediblər.

“Renault” avtomobilindəki 4 terrorçu hadisə yerindən uzaqlaşa bilsələr də, hüquq-mühafizə orqanları onları Bryans vilayəti, Karaçevski rayonunun Xatsun kəndi yaxınlığında haqlayıb. “Dur” tələbinə əməl etməyən avtomobil təqib və davamlı atəş nəticəsində aşıb və terrorçular maşını tərk etmək məcburiyyətində qalıb.

Terrorçu olduğu ehtimal edilən biri yerindəcə saxlanılıb, qalanları isə meşəyə qaçıb. Onların meşədəkı axtarışı isə uzun çəkməyib. Terrorçulardan biri yorulduğundan qaçmağa davam edə bilməyəcəyini anlayıb və ağaca dırmaşaraq gizlənməyə çalışıb. Amma onun gizlənmək cəhdləri uzun sürməyib və bir neçə saatdan sonra yaxalanıb. Daha sonra isə onun dostlarından biri meşədə, digəri isə dərə kənarında saxlanılıb.

Ancaq məlumdur ki, terror aktına görə saxlanılanlar 11 nəfərdir. Onlardan dördü ilə bağlı bəzi təfərrüatlar bəlli olsa da, digər 7 nəfərin kimliyi və terrordakı iştirak dərəcələri hələ də sual altındadır.

Saxlanılan dörd terrorçular 19, 21, 30 və 50 yaşdan yuxarıdır. Onların ən kiçiyi İvanovo vilayətində bərbərxanada işləyirmiş, daimi müştərisi var idi və yaxşı pul qazanırdı. O, rus dilini başqalarından yaxşı bilsə də, tutulduqdan sonra dindirilmək üçün tərcüməçi tələb edib.

Maraqlıdır ki, onların heç biri hansısa ideoloji cərəyanın tərəfdarı deyil. İlkin dindirmə zamanı biri etiraf edib ki, terror aktında iştirak etmək üçün ona 500 min rubl vəd olunub və avans olaraq bu məbləğin yalnız yarısını bank kartına köçürülüb.

Onların hamısını rus dilində böyük çətinliklə danışırlar. Ehtimal olunur ki,  tutulanlardan biri narkomandır, çünki o, ilkin dindirmə zamanı titrəyirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top