Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib — YENİLƏNİB

XARİCİ SİYASƏT 22 mar 2024, 21:00
Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub.

Demokrat.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Görüşdə Azərbaycan ilə Ermənistan arasında davam edən sülh danışıqları fonunda iki ölkə parlamentinin sülh prosesinə hansı formada dəstək göstərə biləcəyi barədə məsələlər nəzərdən keçirilib.

Tərəflər parlament səviyyəsində dialoqun aparılması imkanlarını nəzərdən keçirmək barədə razılığa gəliblər.

Görüş konstruktiv mühitdə baş tutub.

18:35

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və onun ermənistanlı həmkarı Alen Simonyan arasında İsveçrənin Cenevrə şəhərində görüş keçirilir.

APA-nın İsveçrəyə ezam olunan əməkdaşı xəbər verir ki, ikitərəfli görüş Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində baş tutur.

İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunan görüş zamanı Azərbaycan və Ermənistan arasında davam edən sülh danışıqlarının parlamentlər tərəfindən hansı formada dəstəklənə biləcəyi məsələlərinin müzakirə olunacağı gözlənilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top