Nikaraqua sahillərində 5,6 bal gücündə zəlzələ olub

DÜNYA 17 mar 2024, 11:00
Nikaraqua sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 136 min nəfər əhalisi olan Çinendeqa şəhərindən 67,5 km qərbdə, ocağı isə 52 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top