“Real Madrid” Prokurorluğa müraciət etdi

İDMAN 15 mart 2024, 21:58
Real Madrid klubu bir sıra futbol matçlarında oyunçu Vinisiusa ünvanlanan irqçi və nifrət dolu şüarlara görə Baş Prokurorluğa müraciət edib.

Demokrat.az
xəbər verir ki, bu barədə klubun saytında açıqlama verilib.

Açıqlamada, cinayətkarların müəyyən edilməsi üçün mövcud olan video qeydlərin araşdırılması tələb olunub. 

Bəyanatın davamında braziliyalı futbolçuya qarşı dəfələrlə təkrarlanan irqçilik, ayrı-seçkilik və nifrət dolu hücumlar pislənilib.

Xatırladaq ki, Çempionlar Liqasında "Barselona" - "Napoli" və "Atletiko Madrid" - "İnter" matçlarında futbolçu Vinisiusa qarşı irqçi və nifrət dolu şüarlar səsləndirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top