İsveçrənin Moskvadakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı

DÜNYA 12 mar 2024, 22:46
İsveçrənin Moskvadakı səfiri Marti Lanq ölkəsinin Rusiyaya qarşı atdığı addımlara görə Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə XİN-dən yazılı açıqlama verilib.

Açıqlamada, səfir Lanqın nazirliyə çağırıldığı və İsveçrə parlamentinin dondurulmuş Rusiya varlıqlarına həbs qoyulması istiqamətində atılan addımın pisləndiyi bildirilib. 

Bəyanatda Rusiya varlıqlarına həbs qoyulmasının beynəlxalq hüquqa zidd olduğu qiymətləndirilib.

Həmçinin, bildirilib ki, səfir İsveçrənin Rusiya aktivlərini ələ keçirmək üçün addımlar atacağı təqdirdə Rusiyanın da qarşılıqlı şəkildə addımlar atacağı ilə bağlı məlumatlandırılıb. 

Qeyd edək ki, martın 7-də İsveçrə parlamentində keçirilən səsvermədə Rusiyanın dondurulmuş aktivlərinin Ukrayna üçün istifadəsinə icazə verilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top