“Martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq”

REGİON 08 mar 2024, 23:59

“Mövcud qanunvericilik nəzərə alınmaqla, martın 31-də keçiriləcək bələdiyyə seçkisi mənim üçün yekun olacaq”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Mənim üçün bu finaldır. Bu seçki mənim qanunla verilən səlahiyyətlər çərçivəsində sonuncu seçkimdir. Nəticədə işlər məndən sonra gələcək qardaşlarıma keçəcək”- deyə o bildirib.

Qeyd edək ki, 2023-cü ildə Ərdoğan prezident seçkisinin ikinci turunda qalib gəlib. O, 52,18 faiz, rəqibi Kamal Kılıçdaroğlu isə 47,82 faiz səs toplayıb. Seçici aktivliyi 85,71 faiz təşkil edib. Nəticədə Ərdoğan ölkəni beş il idarə etmək hüququ əldə edib.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top