500 minlik maşın sürən Namiq Qaraçuxurlu: “Ürəyim istəyib...”

ŞOU-BİZNES 04 mar 2024, 16:57
"Müğənnilikdən savayı şəxsi biznesim yoxdur. Amma bu haqda düşünürəm. Əgər bu haqda tam qərara gəlsəm, açıqlayacağam".

Demokrat.az bizim.media-ya istinadla xəbər verir ki, bunu Namiq Qaraçuxurlu "Maqazin plyus" verişinə müsahibəsində deyib.

O bildirib ki, ulduz həyatı yaşamır: "Mən tam olaraq "ulduz həyatı" yaşamıram və çalışıram ki, özümü bu həyata öyrəşdirməyim. Heç bunu istəmirəm də. Mənə olmaz. Çalışıram elə yaşayım ki, sabah bu şan-şöhrət, maddiyyat və bu şərait olmayanda mənə pis təsir etməsin. 

Misal üçün, öz dostumun məclisində necə ulduzluq edə bilərəm?! Elə bir şey ola bilməz. Dostumun məclisinə tək gəlib, tək də gedirəm".

Sənətçi şəxsi qarajını bəzəyən lüks "Bentley" markalı avtomobilindən də söz açıb:

"Bahalı avtomobilin olmasını ulduz həyatı ilə əlaqələndirmirəm. Bizim o qədər bahalı maşın sürən sənətçilərimiz var ki, onlarda ulduzluqdan əsər-əlamət yoxdur. Lüks avtomobil idarə edən biznesmenlər var ki, ulduz deyillər. Bu, Allahın verdiyi bir fürsətdir, dəyərləndiririk.

Mənim üçün bu cür məqamlar heç zaman vacib olmayıb. Ürəyim istəyib, bahalı maşın alıb, sürürəm. Mən ona da özümü öyrəşdirmirəm. Dostumun məclisinə adi bir avtomobillə gəlmişəm. Özümü bahalı və ulduz həyatına öyrəşdirmirəm. Hərdən dadıram. O da ki daimi deyil. Mənim üçün avtomobil ulduzluq yox, rahatlıq və komfortdur. "Bentley"ni də ara-sıra sürürəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top