Hakimdən qalmaqallı qərar: İki milyonluq dələduzluqda ittiham olunan şəxs azadlığa buraxıldı

KRİMİNAL 02 mar 2024, 22:58

İki milyonluq qalmaqalda ittiham olunan Anar Pənahlı barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

“Qaynarinfo”ya daxil olan məlumata görə, Səbail Rayon Məhkəməsinin hakimi Günel Səmədova Anar Pənahlı barəsində Xəzər Rayon Məhkəməsinin qərarı ilə seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəzləyib. Təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

Hakimin bu qərarı zərərçəkənlərin narazılığına səbəb olub. Məlumata görə, onlar bununla bağlı yuxarı instansiyalara şikayət etmək niyyətindədirlər.

Anar Pənahlı ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin əməliyyatı nəticəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü maddəsi (Dələduzluq - xüsusilə külli miqdarda törədildikdə) ilə ittiham elan olunub. Anar Pənahlının cinayət işi üzrə beş nəfər zərərçəkən qismində tanınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top