"500 manat borc istədim, elə ağladı ki"

ŞOU-BİZNES 02 mar 2024, 19:40

Müğənni Vüqar Muradov dostlarına səslənib. 

Axşam.az xəbər verir ki, "Gül kimi şou"ya qonaq olan sənətçi dostlarının onu toylara pulsuz çağırmasından danışıb. Vüqar bildirib ki, artıq heç bir tanışının pulsuz məclis dəvətini qəbul etmir:

"O dost çağırırdı, pulsuz gedirdim, bu çağırırdı razılaşırdım. Heç vaxt borc alan deyiləm. Çünki narahat biriyəm. Bir ara çətinliyə düşdüm, ev kirayəsini ödəmək lazım idi. Həmin vaxt məclisinə pulsuz getdiyim imkansız dostlarıma müraciət etdim. Necə ağladılarsa, az qaldım çıxarıb pul verim. O adam nə cildə girdi. Özü də 500 manat üçün. Sonra isə məni toya pulsuz çağırırdı. Dedim ki, dayan, qiymət budur. Mən də pul qazanmalıyam, "oboy" yeməyəcəyəm ki... Pulum yoxdur 200 minlik maşın sürmürəm. Sənin də pulun yoxdursa, məni toya çağırma". 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top