Həddindən artıq D vitamini zərərlidir

GÜNDƏM 01 mar 2024, 22:59
Sağlamlıq üçün böyük əhəmiyyət kəsb edən D vitaminin əskikliyi bir çox problemə yol açır. Belə vəziyyətdə vitamin əlavələrinə ehtiyac olur. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, bu vitamin həkim nəzarəti altında istifadə edilməlidir.

Demokrat.az bu barədə, Türkiyənin endokrinologiya və metabolik xəstəliklər üzrə mütəxəssisi Mazhar Müslüm Tunanın araşdırmasını təqdim edir.

Mütəxəssis bildirib ki, D vitamini əskik olanda immunitet həddən artıq zəifləyir:

“Vitamininin ən böyük mənbəyi günəş olsa da, ondan maksimum yararlanmaq üçün bəzi məsələlərə diqqət etmək lazımdır. Belə ki, günəş şüalarının uyğun olduğu saatlarda günəşə çıxmasaq, ondan faydalana bilmərik.

Həddindən artıq D vitamini də zərərlidir. Vitamini çox qəbul etmək ürəkbulanma, qusma, iştahsızlıq, qəbizlik və böyrək çatışmazlığına səbəb ola bilər. 

Hətta uzun müddətli istifadə bəzi ürək-damar xəstəlikləri riskini artırır. Sağlam insan üçün D vitamininin gündəlik qəbulu böyüklər üçün 1000-2000, uşaq və yeniyetmələr üçün 400-1000 vahid təşkil edir. 

Əgər D vitamininin səviyyəsi aşağıdırsa, daha yüksək dozalar yalnız həkim nəzarəti altında qəbul edilə bilər”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top